Azərbaycan Beynəlxalq Bankının Gürcüstan törəmə müəssisəsinin ləğvetmə prosesi başa çatdı

17:42 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. Gürcüstan Milli Bankı, Azərbaycan Beynəlxalq Bankının Gürcüstanın törəmə strukturu olan ABB-Gürcüstanın ləğv olunmasını başa çatdırdı və qeyri-bank fəaliyyəti olan cəmiyyətə çevrilməsi barədə razılığa gəldi.

Gürcüstan Milli Bankının vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamına əsasən, GMB-da açılmış bankın ləğvetmə hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır.

8 yanvar tarixində sərəncam, sakibkarlıq və  qeyri-sahibkarlıq hüquqi şəxslərin reyestrinə uyğunlaşdırılması üçün təqdim olunacaq.

 

Bütün xəbərlər