Neftin qiyməti artıb

10:06 - 7.01.2019


7 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,93 dollar və yaxud 3,43% artıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 58,27 dollar təşkil edir.

Yanvarın 4-də “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  0,87 dollar (1,85%) artaraq bir barelə 47,96 dollar təşkil etmişdir.  

 “ICE” birjasında cümə günü keçirilən ticarətin nəticəsində   “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  1,11 (1,98%) artaraq bir barelə 57,06 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bir barelə 9,1 dollar təşkil edir.

 

Bütün xəbərlər