Azərbaycanda taksi xidmətlərinin vahid tənzimlənməsi tətbiq ediləcək

12:49 - 7.01.2019


7 yanvar, Fineko/abc.az. Azərbaycanda taksi xidmətlərinin, o cümlədən qeyri-müntəzəm sərnişin daşımalarının  tənzimlənməsi üçün yeni bir mexanizm tətbiq olunur.

Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) rəhbəri Həbib Həsənov deyib ki, dövlət xidməti hazırda taksi, o cümlədən qeyri-müntəzəm sərnişin daşımaları xidmətlərinin idarə edilməsinin vahid formasının yaradılması sahəsində beynəlxalq təcrübəni öyrənir.

“Yeni idarəetmə forması sərnişin daşımaları xidmətlərinin vahid platformasının yaradılmasını, platforma iştirakçıları arasında əlaqələrin tənzimlənməsini və onların dövlət qarşısında öhdəliklərinə riayət olunmasının tənzimləməsini nəzərdə tutur”, - deyə H.Həsənov bildirib.

 

 

Bütün xəbərlər