Deputat: Təhsil haqqı yüksək olduğundan, tələbələr ali məktəblərdə tədris ödənişlərini həyata keçirə bilmirlər

02.10.2017,13:14


Bu gün Bakıda  Azərbaycan Parlamentinin növbəri payız sessiyası öz işinə başlayıb.

İclas zamanı deputat, Parlamentin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun  bildirdiyi kimi, parlamentə  tələbələrin valideynlərindən  uşaqlarının  təhsil haqqının ödənilməsi problemləri barədə tez-tez şikayətlər daxil olur.

“İnsanlar təhsillərini davam etdirə bilmirlər, ələlxüsus da, son vaxtlar təhsil haqqı artırılmışdır. “Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbul edilməsində böyük zərurət yaranmışdır. Bu məsələni biz bir neçə dəfə qaldırmışdıq, lakin məsələ, parlamentin payız sessiyasının iş planına daxil edilməyib”, - deputat deyərək bildirib.