Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından qaz hasilatı 100 milyard m3 təşkil etdi

15:54 - 7.01.2019


7 yanvar, Fineko/abc.az. Azərbaycan “Şahdəniz” qaz kondensat yatağından 100 milyard m3 qaz hasil edib.

“BP Azərbaycan” şirkətinin məlumatına əsasən, bu səviyyə, layihənin başlanması elan edildikdən 12 il sonra - 15 dekabr 2006-cı ildən etibarən əldə olunub.

“2006-cı ildən “Şahdəniz” yatağından 196 milyon barel kondensat hasil edilib”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki,  hazırda yataqda qaz və kondensat hasilatı “Alfa” platformasından 10 quyudan və “Bravo” platformasından 6 quyudan aparılır.

 


Bütün xəbərlər