Dünya Bankının başçısı vaxtından əvvəl istefa verəcək

11:35 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. Dünya Bankının prezidenti Cim Yonq Kim vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılacaq.

Cim Yonq Kimin istefa haqqında Dünya Bankının mətbuat xidməti bildirib.

“Öz işi - kəskin yoxsulluğun aradan qaldırılması ilə həvəslə məşğul olan insanlarla dolu bu böyük qurumun prezidenti kimi çalışmaq mənim üçün böyük bir şərəf idi”,  - deyə Kim bildirib.

Onun sözlərinə görə, indi Dünya Bankının işi “əvvəlindən daha mühümdür, çünki dünyada yoxsul insanların sayı artır, lakin iqlim dəyişikliyi, epidemiyalar, aclıq və qaçqın problemləri yalnız daha ciddi və daha mürəkkəbləşir”.

Cim Yonq Kim, bu vəzifəni altı ildən çox icra ediirdi, bu vəzifəyə Kim, əvvəlki ABŞ prezidenti Barak Obama tərəfindən təklif olunmuşdur. İstefa səbəbləri açıqlanmır, o, 2022-ci ilə qədər bankın prezidenti kimi çalışa bilərdi.

Kimin nə yeni iş yeri, nə mövqeyi açıqlanmır.

 

Bütün xəbərlər