Azərbaycan pasportlar indeksi reytinqində yüksəldi

13:05 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. Azərbaycanın vətəndaşları vizasız rejimdə 66 ölkəyə səfər  edə bilərlər.

“Henley & Partners” tərəfindən hazırlanan “Pasportlar indeksi”nə görə, Azərbaycan reytinqdə  bir sətir yüksəldi.

“2019-cu ilin əvvəlində Azərbaycan vətəndaşları, üç ay əvvəl olduğu kimi, dünyanın  66 ölkəsinə vizasız gedə biləcəklər. Pasport indeksində Azərbaycan 104 ölkə arasında 74 yerə qədər bir sətir yüksəlmişdir. Bir il əvvəl azərbaycanlılar dünyanın 63 ölkəsinə vizasız səfər edə bilmişlər”, - reytinq hesabatında belə deyilir.

2019-cu ilin birinci rübündə pasportlar indeksində lider Yaponiya olmuşdur. Bu ölkənin vətəndaşları viza almadan dünyanın 190 ölkəsinə səfər edə bilərlər.

 

Bütün xəbərlər