Azərbaycan Rusiyadan avtomobil ixracının həcmi üzrə ölkələrin ilk onluğuna daxil oldu

13:17 - 8.01.2019


8 yanvar, Fineko/abc.az.  “АВТОСТАТ” analitik agentliyin qiymətləndirməsinə əsasən, 2018-ci ilin 11 ayı ərzində Rusiya Federasiyasından digər ölkələrə (Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlər istisna olmaqla) 26 min minik avtomobili ixrac olunub.

Hesabata görə, bu miqdarın 70%-dən çoxu yalnız 5 ölkəyə düşür.

“Çexiya, bu göstərici üzrə liderdir ki, bu ölkəyə hesabat dövründə 6,3 min Rusiyada yığılmış avtomobil idxal edilib. Ukrayna bu reytinqin ikinci (3,8 min ədəd), Özbəkistan isə üçüncü yerindədir (3,1 min ədəd). Həmçinin Latviya və Azərbaycana olduqca əhəmiyyətli ixrac tədarükü (müvafiq olaraq 2,9 min və 2,4 min) düşüb”, - hesabatda belə deyilir.

Digər ölkələrin göstəriciləri olduqca kiçikdir, 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyadan minik avtomobillərinin ixracının həcmi üzrə isə ilk onluqda  Serbiya (577 ədəd), Estoniya (515 ədəd), Slovakiya (505 ədəd), (İraq 500 ədəd) və Macarıstan (443 ədəd) yer alıb.

 

Bütün xəbərlər