Azərbaycan neftinin qiyməti azalıb

10:45 - 9.01.2019


9 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,06 dollar və yaxud 0,1% azalıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,63 dollar təşkil edir.

8 yanvar tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  1,26 dollar (2,6%) artaraq bir barelə 49,78 dollar təşkil etmişdir.

“ICE” birjasında keçirilən çərşənbə axşamı keçirilən ticarətin nəticəsində   “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  1,39 (2,42%) artaraq bir barelə 58,72 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  8,94 dollara bərabərdir.

 

Bütün xəbərlər