2018-ci ildə ARDNF-nin mənfəət nefti və qazı satışı üzrə gəlirləri 9,7 milyard dollara çatdırılıb

12:24 - 9.01.2019


9 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azəri-Çıraq-Günəşli" blokundan (AÇG) mənfəət nefti və "Şahdəniz" yatağından kondensatın 2018-ci ildə satışından əldə etdiyi gəlir 9,720 milyon dollar  təşkil edib.

ARDNF-in məlumatında deyilir ki, o cümlədən Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 245 milyon dollar təşkil edib.

ARDNF-in məlumatına əsasən, 2001-ci ildən etibarən  2019-cu ilədək AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər  138 206 milyon dollar, Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər  isə 2007-ci ildən etibarən 1 yanvar 2019-cu il tarixinə qədər  2 506 milyon dollar təşkil edib.

 

Bütün xəbərlər