Bakıda 30 yeni müasir reklam daşıyıcısı quraşdırılıb

15:46 - 9.01.2019


9 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 30 yeni reklam daşıyıcısı quraşdırıb.

Agentliyin məlumatında deyilir ki, yeni tablolar paytaxtın mərkəzi küçə və prospektlərində, o cümlədən Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov, Zərifə Əliyeva və şəhərin digər küçələrində quraşdırılıb.

“Yeni tablolar innovativ texnologiyalı, görünüşcə daha cəlbedici daşıyıcılardır”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, istifadəyə yararsız reklam qurğuları yeniləri ilə əvəzlənib.

Aparılan araşdırmaların nəticəsi olaraq, hazırda Bakıda ilkin mərhələdə 1000-ə yaxın reklam daşıyıcısının yenilənməsi nəzərdə tutulur. 2019-cu il ərzində daha 240 ədəd yeni reklam qurğusunun quraşdırılması gözlənilir.

 

Bütün xəbərlər