Neftin qiyməti yüksəldi

09:58 - 10.01.2019


10 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,86 dollar və yaxud 4,8% bahalaşıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,49 dollar təşkil edir.

9 yanvar tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  2,58 dollar (5,18%) yüksələrək bir barelə 52,36 dollar təşkil etmişdir.  

“ICE” birjasında keçirilən çərşənbə günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  2,72 dollar (4,63%) artaraq bir barelə 61,44 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  9,08 dollara bərabərdir.

 

Bütün xəbərlər