İlham Əliyev yol inşası üçün daha 3,9 milyon manat ayırıb

10:39 - 10.01.2019


10 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Zərdab- Qaravəlli yolunun tikintisinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

 

Bütün xəbərlər