2018-ci ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2017-ci ildəki 34,2% qarşılığında 5,4% artıb

13:15 - 10.01.2019


10 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2018-ci ilin dekabr ayında, noyabr ayı ilə müqayisədə 31,6 milyon dollar və ya 0,6% artıb.

AMB-in məlumatına əsasən,  valyuta ehtiyatları 2019-cu ilin yanvarın 1-nə 5622,5  milyon dollar, dekabrın 1-də 5590,9 milyon dollar  noyabrın 1-də 5536,4 milyon dollar, oktyabrın 1-də 5534,5 milyon dollar, sentyabrın 1-də 5503,5 milyon dollar və avqustun 1-də 5546,9 milyon dollar təşkil etmişdir.

“İyulun 1-də valyuta ehtiyatları 5512,7 milyon dollar, iyunun 1-də 5471,4 milyon dollar, mayın 1-də 5465,8 milyon dollar, aprelin 1-də 5508,0 milyon dollar, martın 1-də 5387,3 milyon dollar, fevralın 1-də 5381,2 milyon dollar və yanvarın 1-də 5334,6 milyon dollar təşkil edib”, - AMB-in məlumatında belə deyilir.

Beləliklə, 2018-ci ildə AMB-nin valyuta ehtiyatları 5,4% artıb. 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artmışdır.

 

Bütün xəbərlər