Azərbaycanın qeyri-neft məhsullarının ixracı ilin əvvəlindən 23% artıb

12:15 - 20.11.2017


20 noyabr, Fineko/abc.az. Cari  ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft məhsullarının  ixracı 1 milyard  219 milyon dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ixrac əməliyyatlarında  1723 subyekt iştirak edib.

“Ötən ilin analoji dövrü ilə müqayisədə qeyri-neft ixracı 23% artıb. Azərbaycanın idxal etdiyi  ölkələr siyahısında Rusiya birinci yeri tutub”, - məlumatda belə deyilir. 

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Rusiyaya 424 milyon dollar həcmində mal ixrac olunub. Daha sonra siyahıda  Türkiyə (243 milyon dollar), İsveçrə (115 milyon dollar), Gürcüstan (108 milyon dollar) və Türkmənistan (48 milyon dollar) yer alıb. Cari ilin on ayı ərzində qeyri-neft  məhsullarının ixracının böyük hissəsini pomidor (131,5 milyon dollar), qızıl  (98,5 milyon dollar), fındıq (88,6 milyon dollar) təşkil edir.

Məlumatda deyilir: “Cari ilin yanvar-oktyabr ayları ərzində 475 subyekt  $149,6 milyon dollar həcmində ixrac əməliyyatları həyata keçirmişdir”.

 

Bütün xəbərlər