2018-ci ildə Azərbaycanda pul bazası 12% artıb

13:19 - 10.01.2019


10 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 yanvar 2019-cu il tarixinə pul bazasının həcmini açıqlayıb.

Mərkəzi Bankın məlumatına görə, 2018-ci ildə hesabat dövrünə pul bazası 9545,7 milyon manat təşkil edib.

1 dekabr 2018-ci il tarixinə pul bazası 8985,2 milyon manat, noyabrın 1-nə olan vəziyyətə görə 9153,3 milyon manat, 1 oktyabr tarixinə 8871,5 milyon manat, sentyabrın 1-nə 8318,2 milyon manat, avqustun 1-nə - 8888,9 milyon manat, 1 iyun tarixinə 8588,0 milyon manat, 1 iyun tarixinə 8404,4 milyon manat, 1 may tarixində 8413,0 milyon manat, aprelin 1-nə 9471,0 milyon manat, 1 mart tarixinə - 9180,6 milyon manat, fevralın 1-nə 8761,8 milyon manat, yanvarın 1-nə isə 8543,2 milyon manat təşkil edib.

2018-ci ildə pul bazasının artımı 12% və ya 1002,5 milyon manat təşkil etmişdir.

 

Bütün xəbərlər