Azərbaycanda nominal əmək haqqı artıb

16:01 - 10.01.2019


10 yanvar, Fineko/abc.az. Azərbaycanda muzdlu işçilərin sayı 1 dekabr 2018-ci il tarixinə 2,1% artaraq 1553,6 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bunlardan 888.1 min nəfəri dövlət sektorunda, 665.5 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.

“2018-ci ilin yanvar-noyabr aylarında nominal əmək haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 540,1 manat təşkil edib”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.

Komitə bildirmişdir ki, ən yüksək əmək haqqı mədənçilik sənayesi, maliyyə və sığorta, peşə, elmi və texniki fəaliyyət, informasiya və kommunikasiya sahələrində, nəqliyyat və anbar təsərrüfatında, həmçinin, tikinti sahəsində qeyd edilmişdir.

 

Bütün xəbərlər