Son 24 saat ərzində Bakıda 3500 qanunsuz parklanma faktı qeydə alınıb

16:22 - 10.01.2019


10 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) yollarda qanunsuz parklanma hallarının qarşısını almaq üçün tədbirlər görür.

BNA-dan verilən məlumata əsasən, qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulamsı halları paytaxtın bütün mərkəzi küçələrində qeydə alınıb.

“Ancaq son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3500-dən artıq fakt aşkar olunub və avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər