Lukaşenko Nazirlər Kabinetinə Baltikyanı limanlar vasitəsilə neft tədarükü məsələsini işləməyi tapşırdı

17:38 - 10.01.2019


10 yanvar, Fineko/abc.az. Belarus prezidenti Aleksandr Lukaşenko hökumətə Baltikyanı limanlar vasitəsilə respublikaya neft tədarükünün alternativ variantları məsələsini hazırlamağı tapşırıb.

Bu barədə Belarus prezidenti bildirib ki, bunu 2019-cu ildə ölkənin sosial-iqtisadi inkişafı və inteqrasiya istiqamətləri daha da inkişaf etdirilməsi ilə bağlı görüşdə deyib.

"Mən məsələni uzun müddət əvvəl təyin etmişəm və bunu həll etməliyik: Baltikyanı dəniz limanları vasitəsilə alternativ neft tədarükünü açmalıyıq.Litvalılar razılaşmırlarsa, o zaman Latviya ilə razılaşıb bu nefti almalıyıq. Novopolotsk neft emalı zavodunda emal edilsin və Baltikyanı ölkələrə verilsin", - deyə  “BelTA” agentliyi Aleksandr Lukaşenkodan sitat gətirib.

Belarus Prezidentinin sözlərinə görə, bu il Belarusun iki neft emalı zavodunun modernləşdirilməsini başa çatdırmaq planlaşdırılır ki, bundan sonra Belarus  sonradan emal etmək üçün nefti  təkcə Rusiya Federasiyasından deyil, digər ölkələrdən də ala biləcək.

Lukaşenko qeyd edib ki, Baltikyanı ölkələr üçün dünya qiymətlərindən neft məhsulları aldıqları zaman bu, daha ucuz olacaq.

"Biz razılaşa bilərik ki, bu, bizim modernləşdirilmiş  Novopolotsk neft emalı zavodunda eml edəcəyimiz ümumi neftimiz olsun. Ələxüsus da, bizim bununla bağlı bəzi imkanlarımız var", - deyə Belarus prezidenti bildirib.

 

Bütün xəbərlər