Bakı avtovağzalında məhdudiyyətli pulsuz giriş ləğv edildi

17:45 - 10.01.2019


10 yanvar, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal  Kompleksində giriş və çıxış üçün yeni tariflər tətbiq edilib.

Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədovanın sözlərinə görə, yeni tariflərə görə, avtovağzal ərazisinə giriş və çıxış 0-2 parklanma saatı 1 manat, 2-6 saatı 2 manat, 6-12 saatı 3 manat, 12-24 saatı isə 4 manat təşkil edəcək.

“Arzu edənlər 30 manatlıq limitsiz abunəçi kartı ala bilərlər”, - deyə P.Məmmədova bildirib.

Onun sözlərinə görə, yeni qaydaların qüvvəyə minməsi səbəbindən 20 dəqiqəlik pulsuz giriş və çıxış limiti ləğv edilir.

 

 

Bütün xəbərlər