Azərbaycanda problemli kreditlərin həcmi 2 milyard manata çatıb

13:40 - 2.10.2017


Azərbaycan Parlament üzvləri ölkədə problemli kreditlərin səviyyəsinin artmasından  və Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətindən narahat olduqlarını  bildiriblər.

Plenar iclas zamanı deputat, Parlamentin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ölkənin bank sistemindəki durum, ciddi narahatçılıq yaradır, ələlxüsus da, bank sektorunun bərpası üçün yaradılmış tənzimləyici orqan olan Maliyyə Bazarlarına Nəzarət Palatası gözləntiləri doğrultmayıb.

“Palata, sektorun problemlərini həll edə bilməyib və ancaq son dövr ərzində problemli kreditlərin həcmi 1,6 milyard manatdan 2 milyard manata qədər yüksəlib. Banklar kredit  dərəcələrini 28-30%-dən aşağı endirmirlər. Bütün bunlar, ölkənin maliyyə sektorunda yaşanan ciddi problemlərdən xəbər verir”, - V.Əhmədov deyərək bildirib.

Onun sözlərinə görə, dövlət başçısının qeyd etdiyi kimi, 2016-cı ildə məhz, bank sektoru ölkənin iqtisadiyyatına ən böyük ziyan yetirmişdir.

V.Əhmədov bildirib: “Bu səbəbdən, biz, parlamentə bankirləri dəvət etməyi, mövcud problemləri müzakirə etməyi, onlara, problemli kreditlərlə, xüsusilə, valyuta kreditləri və s. məsələlərin həll edilməsi üçün tövsiyələr təqdim etməyi təklif edirik”.

 

Bütün xəbərlər