Azərbaycan Nazirlər Kabineti idxal olunan aksizli malların siyahısını yeniləyib

12:44 - 11.01.2019


11 yanvar, Fineko/abc.az. Azərbaycan Nazirlər Kabinetinin 20 saylı qərarı ilə idxal olunan aksizli malların siyahısına düzəlişlər təsdiqlənib.

Dəyişikliklərə əsaən, ölkəyə idxal olunan alkoqollu və alkoqolsuz enerji içkiləri, eləcə də elektron siqaretlər üçün qarışıqlara aksiz vergisi tətbiq olunacaq.

Xüsusilə idxal olunan alkoqollu içkilərin hər bir litrinə tətbiq olunan vergi 2 manat, alkoqolsuz içkilərin - 3 manat, elektron siqaret üçün qarışığın hər litri üçün - 20 manat səviyyəsində müəyyən edilib.

Hər biri 1 manat məbləğində olmaqla, tütün tərkibli siqarlara da vergi tətbiq olunacaq.

Dəyişikliklər fevralın 10-da qüvvəyə minir.

https://cabmin.gov.az/az/document/3281/

 

Bütün xəbərlər