Vergi ödəyicilərinə xidmət mərkəzləri şənbə günü işləyəcək

12:53 - 11.01.2019


11 yanvar, Fineko/abc.az. Azərbaycan Vergilər Nazirliyi xidmətlərin keyfiyyətini təmin etmək üçün tədbirlər görməyə davam edir.

Nazirlikdən xəbər verilib ki, vergi ödəyicilərinə xidmət mərkəzləri həftənin şənbə günü, 12 yanvar 2019-cu il tarixdə, saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəkdir.

“Şənbə  günü xidmət mərkəzlərində yalnız “Məcburi dövlət sosial sığortası üzrə” və “İşsizlik sığortası üzrə” rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı köməklik göstəriləcək”, - deyə nazirlikdən bildiriblər.

 

Bütün xəbərlər