AMB yanvarın 14-də keçiriləcək depozit hərracında 350 milyon AZN cəlb etməyi planlaşdırır

11.01.2019,13:46


11 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirəcəyini elan edib.

AMB-in məlumatına görə, depozit hərracı  14 yanvar  2019-cu il tarixində keçiriləcək. Hərrac vasitəsilə 14 gün müddətinə  350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi  7,76%-9,74% səviyəsində müəyyən edilib.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirir.