Fevral ayından etibarən Azercell SMS tarifini artırır

16:13 - 11.01.2019


11 yanvar, Fineko/abc.az. Azərbaycanın mobil operatoru Azercell Telekom SMS-in tarifinin  artırılması haqqında elan edib.

Azercell-dən xəbər verildi ki, 12 fevral 2019-cu il tarixində “Azercell Telekom” SMS-in tarifini 0,05 manatadək artırır.

“Azercellim”, “Bizimkilər”, “Hər yerə”, “GəncSim”, “Bölgə” fakturasız xətt abonentləri üçün bir SMS-in qiyməti və “Bizimkilər”, “Hər yerə”, “Ailə Tarif” və “Biznes200” fakturalı xətt abonentləri üçün tarif paketi 66,6% - 0,05 manatadək artır”, - şirkətdən bunu bildiriblər.

“Tələbə birliyi”, “Hədsiz”, “Hədsiz zəng”, “SOCAR”, “Mediacell” və “Dövlətcell” tarif paketlərinin abonentləri üçün bir SMS-in qiymıti 2,5 dəfə - 0,05 manatadək artacaq. Həmçinin, “GəncOl” və “Kombo” tarif paketlərinin abonentləri üçün tariflər 0,05 manatadək artacaq.

 

Bütün xəbərlər