Bakının mərkəzi küçələrində bu gün su təchizatı sistemində kəsintilər olacaq

16:14 - 11.01.2019


11 yanvar, Fineko/abc.az. Azərbaycanın su operatoru "Azərsu" ASC, su təchizatı sahəsində növbəti fasilələr barədə xəbərdarlıq etdi.

Azərsu xəbər verir ki, su təchizatı sistemində kəsintilər bu gün Bakının Səbail və Nəsimi rayonlarının bəzi hissələrində (mərkəzi küçələrində) olacaqdır.

“Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə  əlaqədar su təchizatı məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər