2018-ci ildə Azərbaycanda inflyasiya 2,3% təşkil edib

11.01.2019,17:26


11 yanvar, Fineko/abc.az. 2018-ci ildə Azərbaycanda istehlak mallarının və xidmətlərinin qiymətləri 2017-ci illə müqayisədə 2,3% artmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 1,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,6%, xidmət tarifləri isə 2,7% artıb.

2018-ci ilin dekabrında inflyasiya 0,8%, o cümlədən ərzaq məhsullarının qiyməti 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, xidmətlər üzrə isə 0,1% artıb”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.