İlham Əliyev: 2018-ci ildə Azərbaycanda ÜDM artımı 1,4% təşkil edib

18:07 - 11.01.2019


11 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin sərliyi ilə 2018-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin iclası keçirilmişdir.

İclas zamanı dövlət başçısı bildirib ki, 2018-ci ildə  ümumi daxili məhsul 1,4%, o cümlədən, qeyri-neft sektoru 1,8% artıb.

“2018-ci ildə sənaye istehsalının artımı 1,5%, kənd təsərrüfatı məhsullarının istehsalı 4,6%, ölkənin valyuta ehtiyatları isə ilin sonunda 45 milyard dollar təşkil edib. 2018-ci ildə Azərbaycanda 118 min yeni iş yeri açılmışdır”, - prezident bunu deyib.

 

Bütün xəbərlər