Neftin qiyməti azalıb

10:03 - 14.01.2019


14 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,77 dollar və yaxud 1,22 azalıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,58 dollar təşkil edir.

11 yanvar tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  1,0 dollar (1,9%) enərək bir barelə 51,59 dollar təşkil etmişdir.  

 “ICE” birjasında cümə günü keçirilən ticarətin nəticəsində   “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  1,2 dollar (1,95%) enərək bir barelə 60,48 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 8,89 dollara bərabərdir.

 

Bütün xəbərlər