“İran AIR” şirkəti Bakıya uçuşlar təşkil etməyə başlayır

11:24 - 14.01.2019


14 yanvar, Fineko/abc.az. İrannın “İran AIR” aviaşirkəti Bakıya uçuşlar təşkil etməyə başlayıb.

Şirkətdən verilən məlumata görə, yanvar ayından etibarən “İran AIR” Təbriz-Bakı-Təbriz reyslərini həftədə iki dəfə təşkil edir.

“Bu istiqamətdə uçuş ATR təyyarələri ilə bazar ertəsi və cümə axşamı günləri həyata keçirilir. Biletin qiyməti bir istiqamətdə 115 manat, hər iki istiqamətdə isə 215 manatdır”, - deyə şirkət bildirib.

 

Bütün xəbərlər