Suheyl əl-Mazrui: OPEC + ölkələri Bakıda neft hasilatının azaldılması sazişinin bazara təsirini fevralda müzakirə edəcək

14.01.2019,13:30


14 yanvar, Fineko/abc.az. Fevral ayında OPEC + çərçivəsində əməliyyatların həyata keçirilməsini müşahidə edən nazirlərin birgə komitəsi Bakıda neft hasilatının azaldılması sazişinin bazara təsirini müzakirə edəcək.

BƏƏ Energetika naziri Suheyl əl-Mazrui, “Emirates News Agency”a verdiyi müsahibədə bunu açıqladı.

"OPEC + Nazirlər Komitəsi, fevral ayında Azərbaycanda gözlənilən iclasda, OPEC üzv ölkələri ilə Rusiya başda olmaqla, kartelə daxil olmayan ölkələr arasında razılaşdırılmış neft hasilatının azaldılması sürətinə riayət edilməsini nəzərdən keçirəcək”, - deyə Suheyl əl-Mazrui bildirib.

Onun sözlərinə görə, bu görüşdə nazirlər təklif və tələbat arasında balansın təmin edilməsi üçün neft hasilatının azaldılmasının neft bazarında təsirini müəyyənləşdirəcəklər.

 

Açar sözlər: OPEC