AYİB Cənubi Qafqaz üzrə yeni regional direktor təyin edib

17:36 - 14.01.2019


14 yanvar, Fineko/abc.az. Katarina Bjorlin Hansen AYİB-nın Qafqaz regionu üzrə yeni regional direktoru vəzifəsinə təyin edilib

Bankın Bakı nümayəndəliyində xəbər verildi ki, yeni director 1 aprel 2019-cu il tarixində yeni vəzifəsini Tbilisidə icra etməyə başlayacaq. Katarina Bjorlin, bu vəzifədə AYİB-in Mərkəzi Asiya üzrə baş direktoru vəzifəsinə təyin olunmuş Bruno Balvaneranı əvəz edəcək

Hansen AYİB-ə 2006-cı ildə qoşulmuşdur və ilkin olaraq Tbilisidə iqamət etməklə 2016-cı ilə qədər Bankın Mərkəzi Asiya, Qafqaz regionu, Belarus və Moldovada şəhər infrastrukturu ilə bağlı fəaliyyətlərə görə cavabdehlik daşıyırdı.

Bu günə kimi AYİB Qafqaz regionuna 564 layihə vasitəsilə 7.77 milyard avro həcmində investisiya qoymuşdur.

 

Bütün xəbərlər