Neftin qiyməti davamlı düşür

10:34 - 15.01.2019


15 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,47 dollar və yaxud 0,75% azalıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,11 dollar təşkil edir.

14 yanvar tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  1,08 dollar (2,09%) enərək bir barelə 50,51 dollar təşkil etmişdir.  

 “ICE” birjasında bazar ertəsi günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  1,49 dollar (2,46%) düşərək bir barelə 58,99 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 8,48 dollara bərabərdir.

 

Bütün xəbərlər