Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi ləğv edildi

11:20 - 15.01.2019


15 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.

Fərmana əsasən, “Azərsilah” ASC Müdafiə Sənayesi Nazirliyi əsasında yaradılır.

“Azərsilah”  ASC, qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir. ASC müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

“Azərsilah”  ASC-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir.

İdarə heyətinin sədri və onun iki müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur və vəzifədən azad edilir.

 

Bütün xəbərlər