Bank Respublika yeni ildə kredit kampaniyasının vaxtını uzatdı!

15.01.2019,12:13


15 yanvar, Fineko/abc.az. Həyata keçirdiyi sərfəli kampaniyalarla müştərilərinin rəğbətini qazanan "Bank Respublika", iş adamlarının marağını nəzərə alaraq, ötən ilin sonunda başladığı “19-un ilk faydası”adlı aqro və mikro kredt kampaniyasının vaxtını uzatdı. İndi kredit kampaniyasından yararlanmaq istəyən hər kəs 22 fevral 2019-ci il tarixinədək Banka müraciət edə bilər.

2019-cu ildə yeni biznes planlarını həyata keçirmək və ya mövcud bizneslərini genişləndirməyi düşünən sahibkarlar kampaniya çərçivəsində 50.000 manatadək aqro və mikro kreditləri faiz dərəcəsində 19%-dək ENDİRİM ilə əldə edə biləcəklər!

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Bütün müştərilər WhatsApp Kredit xidmətindən istifadə edərək, banka gəlmədən smartfon vasitəsilə asanlıqla və vaxt itirmədən kredit almaq üçün 050 2459 144 nömrəsinə müraciət edə bilərlər.

Biznesinizə yeni ildə yeni nəfəs verin, Bank Respublikanı seçin!

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Açar sözlər: Bank Respublika