Arif Alışanov “Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsindən azad edildi

15.01.2019,17:16


15 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev,  Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsindən azad olunması haqda sərəncam imzalayıb.

Sərəncam bu gündən qüvvəyə minir.

Arif Alışanov, prezidentin  28 mart 2005-ci il tarixli fərmanı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini, 26 avqust 2006-cı il tarixli fərmanla isə QSC-nin sədri vəzifəsinə təyin olunmuşdur.