İlham Əliyev Nikola Sarkozini qəbul edib

11:14 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev ölkədə səfərdə olan Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə görüşüb.

Söhbət zamanı vurğulanıb ki, Nikola Sarkozinin 2007-2012-ci illərdə Fransanın prezidenti olduğu dövrdə Azərbaycan-Fransa münasibətləri möhkəmlənmişdir. Qeyd olunub ki, həmin dövrdə təhsil sahəsində əməkdaşlığın yeni çərçivələri məhz prezident İlham Əliyev və Nikola Sarkozinin birgə səyləri nəticəsində mümkün olub. Bakıda hər iki prezidentin iştirakı ilə Fransız liseyinin təməlinin qoyulması əlamətdar hadisə kimi dəyərləndirilib. Həmin illərdə yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkətləri Azərbaycanda fəaliyyətə başlayıb və ya öz fəaliyyətini genişləndiriblər.

Nikola Sarkozi ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

 

Bütün xəbərlər