Azərbaycanda hava şəraitinin pisləşəcəyi səbəbindən məktəblərdə və universitetlərdə dərslər dayandırılıb

15:14 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Azərbaycanda ali və orta təhsil müəssisələrində dərslərin dayandırılacağı elan olunub.

Təhsil naziri Ceyhun Bayramov  dərslərin dayandırılması ilə bağlı bu gün əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.

 

Bütün xəbərlər