“ETI-Holidays” şirkəti Çində Azərbaycan turizmini təşviq etdirəcək

15:51 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Çinin aparıcı turizm şirkəti - ETI-Holidays (Beijing HUAYUAN International Travel Co., LTD) Pekində üçtərəfli anlaşma memorandumunu imzaladılar.

Dövlət Turizm Agentliyinin məlumatına əsasən, memorandumda Pekin-Bakı təyyarə uçuşlarında çinli turistlərin Azərbaycana səfəri və Bakı üzərindən digər ölkələrə səfərinin təşkil edilməsi ilə Bakının tranzit rolunun artırılması nəzərdə tutulur.

“Memoranduma əsasən, “ETI-Holidays” şirkəti Azərbaycanın turizm potensialının təbliğinə və yeni destinasiya brendinin yerli turistlərə tanıdılması işinə dəstək verməyi öhdəsinə götürür”, - məlumatda belə deyilir.

Keçən  ilin dekabr ayında Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi açılmışdır.

 

 

Bütün xəbərlər