McDonald`s Big Mac markasından eksklüziv istifadə hüququnu itirdi

17:25 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Avropa Birliyinin İntellektual  Mülkiyyət İdarəsi (EUIPO), McDonald`s Amerika fast-food restoranlar şəbəkəsini  Avropada ölkələrində Big Mac markasını istifadə etmək eksklüziv hüququndan məhrum etdi.

Bu xəbər The Irish Times qəzeti tərəfindən verilib.

Onun məlumatına əssən,  McDonald`s, Aİ-da Big Mac əmtəə nişanından istifadə hüququ uğrunda İrlandiyanın " Supermac " fast-food restoranlar şəbəkəsi ilə məhkəmə çəkişməsi aparıb. Aİ qanunvericiliyinə uyğun olaraq əmtəə nişanından  malların mənşəyinə zəmanət verildiyi  zaman istifadə etmək olar. 

McDonald`s nümayəndələri iddia edirdilər ki, alıcılar "Supermac" adını məşhur burger Big Mac ilə səhv slacaqlar. Supermac isə McDonald's-ı firma adlarını qeyd etməsi və gələcək rəqiblərinə qarşı istifadə üçün saxlamasında ittiham edir.

Məhkəmə prosesində, EUIPO müəyyəm edib ki, McDonald's tərəfindən verilən sübut Amerika restoran şəbəkəsi tərəfindən əmtəə nişanından istifadə etmək üçün müstəsna hüququ üçün kifayət deyil. Belə bir qərar, Supermac'ın indi Big Mac adını hər hansı bir məhsuluna verə biləcəyini bildirir. Bundan əlavə, şirkət İrlandiya xaricindəki müəssisələrin şəbəkəsini genişləndirə və Avropa bazarına daxil ola bilər.

McDonald's nümayəndələri qərarı şikayət etmək niyyətlərini açıqladılar və şirkətin "Avropada Big Mac marka hüququna tam və qanuni təsbit edilmiş hüquqların" sahibi olduğunu vurğuladılar.

1996-cı ildən etibarən McDonald's, Big Mac əmtəə nişanını Avropa Birliyi ölkələrində istifadə etmək hüququna malik olmuşdur.

 

Bütün xəbərlər