Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda siqaret qiymətlərinin artırılmasını və qəlyan çəkilməsinin qarşısın almağı təklif edir

18:07 - 16.01.2019


16 yanvar, Fineko/abc.az. Azərbaycanda siqaret çəkənlərin sayı çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib ki, bütün dünyada tütündən istifadə ciddi problem olaraq qalır.

“Azərbaycanda təxminən 1,3 milyon insan tütündən istifadə edir: "Ölkədə siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan dünyalarını dəyişirlər. Ona görə də tütündən istifadənin qarşısını almaq üçün ciddi mübarizə çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretlərin qiyməti çox ucuzdur. Qiymətlərin bahalaşdırılması xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən almış olar”, - ÜST nümayəndəsi bunu deyib.

Onun sözlərinə görə, tütün məmulatlarının reklamlarını azaltmaq, qapalı şəkildə satmaq, yaxud qutularının yenilənməsini təmin etmək olar lazımdır.

“Əgər tütündən istifadə ilə bağlı mübarizə tədbirləri həyata keçirilməsə siqaret çəkənlərin sayı durmadan artacaq. Müşahidələrim onu göstərir ki, Bakıda gənclərin siqaretdən və ya qəlyandan istifadə etməyə maraqları çoxdur. Qeyd edim ki, 1 saatlıq qəlyan çəkmək 40 siqaretə bərabərdir”, - Harmancı bunu deyib.

 

Bütün xəbərlər