Azərbaycan nefti bahalaşdı

09:53 - 17.01.2019


17 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,23 dollar və yaxud 2% yüksəlib.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,75 dollar təşkil edir.

16 yanvar tarixində  “NYMEX” birjasında keçirilən ticarətin nəticəsində  “WTI” markalı neftin fevral ayının fyuçers qiyməti  0,20 dollar (0,38%) yüksələrək bir barelə 52,31 dollar təşkil etmişdir.

“ICE” birjasında çərşənbə günü keçirilən ticarətin nəticəsində  “Brent” markalı neftin mart ayının fyuçers qiyməti  0,68 dollar (1,12%) yüksələrək bir barelə 61,32 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi  bu gün 9,01 dollara bərabərdir.

 

 

Bütün xəbərlər