ARDNŞ istiqrazları Azərbaycanın istiqraz bazarının təxminən dörddə bir hissəsini təşkil edir

12:40 - 17.01.2019


17 yanvar, Fineko/abc.az. ARDNŞ-in istiqrazları üzrə faizlərin doqquzuncu ödənişi həyata keçirildi.

SOCAR Capital məlumat verir ki, beləliklə, istiqraz sahiblərinin ümumi gəliri 11.250 milyon dollara çatıb.

“Önümüzdəki rüblərdə dövriyyəsi 2021-ci ilə qədər davam ediləcək ARDNŞ istiqrazları üzrə faiz ödənişləri daha 11 dəfə icra ediləcək. Bunun hesabına, istiqraz sahibləri əlavə 13,750 milyon dollar (ümumi 25 milyon dollar) qazanacaqlar”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, hər istiqraza 12,5 dollar olmaqla, 1250 milyon dollar həcmində ümumi məbləğ bir həftə əvvəl Azərbaycan Mərkəzi Bankında Milli Depozit Mərkəzi (MDM) hesabına köçürülmüş və bu vəsait bu gündən etibarən istiqraz sahiblərinin bank hesablarında olacaq.

“Hazırda ikinci  bazarda ARDNŞ-in istiqrazları üzrə əməliyyatların ümumi həcmi Bakı Fond Birjasında (BFB) 170 milyon dolları ötüb. 2018-ci ildə 800-dən çox əməliyyat həyata keçirildi. Yüksək tələbat nəticəsində ilk dəfə SOCAR istiqrazlarının bazar qiyməti yanvarın 16-da 1045 dollara çatıb. 2018-ci ildə ölkənin ümumi istiqraz bazarında ARDNŞ istiqrazlarının payı 24%, korporativ istiqrazlar bazarında isə 87% təşkil edib”, - məlumatda belə deyilir.

İstiqrazların növbəti faiz ödənişi 17 aprel tarixində baş tutacaq.

 

Bütün xəbərlər