2018-ci ildə Azərbaycana turist axını 6% artıb

13:02 - 17.01.2019


17 yanvar, Fineko/abc.az. 2018-ci ilin dekabr ayında Azərbaycana gələn xarici vətəndaşların sayı, 2017-ci ilin göstəricisi ilə müqayisədə 1% artıb.

Dövlət Turizm Agentliyinin məlumatına görə, 2018-ci ildə, ümumiyyətlə, ölkəyə xarici vətəndaşların axını 6%, ya da 153 min artaraq 2,8 milyona çatıb.

“Xaricilərin üçdə iki hissəsini Rusiya, Gürcüstan və Yaxın Şərq ölkələrinin vətəndaşları təşkil edib. Əsas axın Gürcüstan, Yaxın Şərq və Asiya ölkələri vətəndaşlarının payına düşür, onların bazar payı müvafiq olaraq 1%, 2% və 2% artmışdır. Rusiya və Türkiyə vətəndaşlarının payı  1%, İran vətəndaşlarının payı isə 5% azalıb”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki,  axının ən çox artımı Yaxın Şərq və Asiya vətəndaşları arasında - 35% və 55% müşahidə olunur. Xüsusilə, Səudiyyə Ərəbistanından gələnlərin sayı 120% artaraq 41 min nəfər, İsraildən gələnlərin 161% artaraq 40 min, Küveytdən gələnlərin sayı isə 81% artaraq 30 minə yüksəlib.  Asiya ölkələri arasında Pakistandan gələnlərin sayı 135% artaraq 73 min nəfərə, Hindistandan isə 175% artaraq  39 min nəfərə çatıb.

 

Bütün xəbərlər