2018-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarının proqnozunu 7% artıq yerinə yetirib

13:13 - 17.01.2019


17 yanvar, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi  (DGK) 2018-ci ildə dövlət büdcəsinə 3,434 milyard manat köçürüb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il ƏDV üzrə vergilər büdcəyə 2,340 milyard manat, aksizlər  üzrə 169,9 milyon manat, yol vergisi üzrə isə 40,161 milyon manat köçürülüb. Köçürülmüş gömrük rüsumlarının məbləği 883,1 milyon manat təşkil edib.

2017-ci ildə Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 2,608 milyard manat köçürüb. Beləliklə,  Dövlət Gömrük Komitəsinin  xətti ilə büdcə daxilolmaları 31,6% artıb. 3,215 milyard manat səviyyəsində müəyyən edilmiş daxilolmalar proqnozu təxminən 7%-dən artıq yerinə yetirilmişdir.

 

 

Bütün xəbərlər