İlham Əliyev optimallaşdırma çərçivəsində daha bir neçə dövlət strukturunu ləğv etdi

18.01.2019,10:29


18 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dövlət qurumlarının strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edilir və onun funksiyaları Nazirliyin Aparatına verilir.

Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradılır.

Həmçinin Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Gənclər və İdman Nazirliyinin tabeliyində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi ləğv  edilir.