OPEC + Nazirlər Komitəsinin iclası martın 18-də Bakıda keçiriləcək

15:32 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. OPEC və OPEC-ə  üzv olmayan ölkələrin 13-cü Nazirlər toplantısı martın 18-də Bakıda keçiriləcək.

OPEC-in məlumatına görə, görüşdə OPEC üzvləri və OPEC-ə üzvü  olmayan ölkələr iştirak edəcəklər. Komitə 2019-cu ilin yanvar ayında qüvvəyə minən yeni OPEC + əməliyyatının monitorinqini keçirəcək.

Azərbaycan Energetika Nazirliyi həmçinin OPEC-in monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclasının martın 17-də Bakıda keçiriləcəyini bildirib.

2018-ci ilin dekabrın 7-də Vyanada 5-ci nazirlər toplantısında OPEC ölkələri və kartelə daxil olmayan  ölkələr hasilatı 1,2 milyon barel azaltmaq barəsində razılığa gəldilər. Yeni qərara əsasən, Azərbaycan  2019-cu ilin yanvar ayından başlayaraq gündəlik hasilatı 20 min barel azaldmağı öhdəsinə götürüb.

 

Bütün xəbərlər