OPEC, Vyana Sazişi ölkələri tərəfindən neft hasilatında azalma səviyyələrini açıqldı

16:05 - 18.01.2019


18 yanvar, Fineko/abc.az. 2017-ci ilin əvvəlindən neft hasilatının azalması ilə bağlı sazişin həyata keçirilməsi 116% səviyyəsinə çatdı.

OPEC-in Katibliyi dekabrın 7-də Vyanada keçirilən görüşdə əldə olunan sazişlər çərçivəsində OPEC + ölkələri tərəfindən neft hasilatının azalması ilə bağlı məlumatlar yayımlamışdır.

"2019-cu ilin ilk yarısında OPEC + ölkələrinin neft hasilatı gündə 1,195 milyon barel  - 43,874 milyon barelə endirilməlidir. O cümlədən, OPEC ölkələri neft hasilatını gündə 812 min barel - 25,937 milyon barelə qədər, OPEC-ə daxil olmayan ölkələr isə gündə isə 383 min barel - 17,937 milyon barelə endirməlidir. 2017-ci ilin əvvəlindən neft hasilatının azalması ilə bağlı müqavilənin yerinə yetirilməsi 116% səviyyəsinə çatmışdır2, - hesabatda belə deyilir.

Nazirlər monitorinq komitəsi sövdələşmənin icrasının aylıq olaraq monitorinqini davam etdirəcək. Bu zaman qeyd edilir ki, ölkələr könüllü olaraq bu öhdəlikləri yerinə yetirdilər.

“Komitə bütün iştirakçıları neft bazarının 2019-cu ildə sabitləşməsi üçün müqaviləni həyata keçirmək üçün səylərini ikiqat artırmağa çağırır”, - məlumatda belə deyilir.

Monitorinq komitəsinin növbəti iclası martın 18-də Bakıda keçiriləcək.

 

Bütün xəbərlər