Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı

10:55 - 21.01.2019


21 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 13 yanvar 2018-ci il tarixədək Kapital Bank-ın ödəniş kartları ilə məvacib alan müştərilər “13-cü maaş” adlı stimullaşdırıcı lotereyada iştirak edib, aldıqları rəsmi məvacib miqdarında, hədiyyə qazana bilərdilər.

16 yanvar 2019-cu ildə baş tutan lotereya tirajı zamanı Kapital Bank-dan məvacib alan 10 nəfər müştəri təsadüfi seçimlə qalib elan olundu.

Qeyd edək ki, məbləğ yaxın günlərdə müştərinin əmək haqqı kartına köçürüləcək. Qaliblərin siyahısı saytda dərc olunub – www.kapitalbank.az/news/13cumaash-541

Şərtlərə görə, müştərilər POS terminal və ya İnternet vasitəsilə onlayn ödəniş əməliyyatı etməklə, avtomatik olaraq lotereya iştirakçısı olurdular. Minimum 10 manat olan hər nağdsız ödəniş, 1 iştirak şansına bərabər tutulurdu. Rüsum, kommunal və kredit ödənişləri, həmçinin Card-to-card əməliyyatları lotereyada iştirak etmirdi.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


Bütün xəbərlər