Altı il fasilədən sonra Azər Əliyev yenidən Azərbaycan Sığortaçılar Assosiasiyasına rəhbər təyin olundu

11:50 - 21.01.2019


21 yanvar, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni sədr təyin edilib.

Azərbaycan Sığortaçılar Assosiasiyası yeni təyinatlar olub. Azər Əliyev Assosiasiyanın yeni sədri təyin olunub. Assosiasiyanın  artıq sabiq sədri Mustafa Abbasbəyli Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri təyin edilib.

Azər Əliyev Fransa Neft İnstitutunun (IFP Rueil-Malmaison məktəbi, Fransa) və Moskva Dövlət Hüquq Akademiyasının (Rusiya Federasiyası) magistridir.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici İnvestisiya İdarəsində peşəkar fəaliyyətə başlamışdır. Bundan əlavə, TEXACO və TOTAL neft şirkətlərində lider mövqelər tutmuşdu. 2006-2008-ci illərdə “Kavkaz” sığorta şirkətinin icraçı direktoru olmuşdur. 2008-ci ildə “Atəşgah Sığorta” şirkətinin Direktorlar Şurasının sədri təyin edilmişdir.

2010-2013-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri seçilmiş, sığorta şirkətləri adından sığorta strategiyasının inkişafına böyük töhfə vermişdir. Eyni zamanda, Əliyev  “Atəşgah Sığorta” şirkətinin idarə heyətinin sədr müavini vəzifəsində işləmiş və “Atəşgah Həyat”ın idarə heyətinin üzvü seçilmişdir.

2017-ci ilin oktyabr ayından şirkətin idarə heyətinin qərarı əsasında “Atəşgah Sığorta”nın idarə heyətinin sədri təyin olunub.

 

Bütün xəbərlər